Amasya sülhünün imzalanmasından sonra paytaxtTəbrizdən Qəzvinə köçürüldü. Şah Qəzvinin Zəngiabad məntəqəsinin ağsaqqallarından Mirzə Əşrəf Cahandan sarayın yerləşdiyi ərazini almış və bölgəni usta memarlara tapşırmışdı. Bina memarlıq baxımından elə tikilib ki, imarət otaqları yay fəslində sərin olur. Saray həm Səfəvi dövründə, həm də Qacar dövründə bir çox təmir və əlavələrdən keçmiş olsa da, 1882-ci ilə qədər Şah Təhmasibin iqamətgahı məşhur olmuşdur. İmarətin Qacarlar dövründə valilik binasına çevrilməsi binanın tarixi və mədəni hissələrinin zərər görməsinə səbəb olmuşdur. Saray Bağlar və gözəl gölməçələrə sahib olsada, indi onların bəziləri dağılmış, mərkəzi və Şimal bölgəsindəki gölməçələr qorunub saxlanmışdır.Binanın demək olar ki, hamısı Səfəvilər və Qacarlar dövrünə aid rəsmlərlə örtülmüşdür. hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir.