18 Avqust 1721-ci ildə Səfəvilərin əsas süqut səbəblərindən biri sayılan Şamaxı qırğını baş vermişdir. Osmanlı ilə ittifaq qurmuş 15 min ləzgi əhli-sünnə vəl-cəmaə şəhəri mühasirəyə almış, şəhər darvazalarından biri içəridəki əhli-sünnə vəl-cəmaənin əli ilə açılmış və minlərlə insanın qətl-qarəti ilə nəticələnən qırğın baş vermişdir. Qırğın zamanı şiələr qətlə yetirilmiş, tacir rusların malları isə yağmalanmışdır. Şəhər valisi
isə ətrafı ilə birlikdə tikə-parça edilərək itlərə yem edilmişdir. Qətl-qarəti reallaşdıran əhli-sünnə vəl-cəmaə lideri Osmanlı tərəfindən həmin şəhərə vali təyin olunmuşdur...
Bu məsələdə diqqət etməli olduğumuz əsas məsələ hadisələrin sonrakı məcrasıdır. Şamaxıda şiələrin kütləvi qətl-qarəti təkcə Səfəvilərin süqutunu tezləşdirmədi, eyni zamanda Rusiyanın həmin ərazilərə hücum etməsinə səbəb oldu. Çünki qarət zamanı şəhərə basqın edənlər rusiyalı tacirlərin malını yağmalamışdılar və Rusiya ilə Səfəvi imperiyası arasında rus tacirlərinin ticarət zamanı təhlükəsizliyinə zəmanət verilən müqavilə var idi. Osmanlıdan valilik alan əhli-sünnə vəl-cəmaə lideri Rusiya ilə də müttəfiqlik qurmaq üçün çalışsa da, tam əksinə, ruslar hücum edərək Bakıya qədər əraziləri işğal etdilər. Tacirlərin öldürülməsi Rusiya üçün işğala bəhanə olmuşdu. Diqqət etməli olduğumuz digər bir məsələ isə Səfəvilərin süqutuna və Rusiya-İran müharibələrinin başlanmasına səbəb olan bu qırğının şəhərdəki xain kütlənin darvazanı açması ilə başlaması məsələsidir.
Yəni 1 nəfər xain minlərlə insanın qətl olunmasına səbəb oldu.