1993-cü ildə münaqişə arealının Dağlıq Qarabağ ərazisindən kənara çıxması İranın Ermənistana qarşı sərt tədbirlər görməsinə səbəb olmuşdu. Qarşıdurmanın İran sərhədlərinə yayılması İranın dövlət təhlükəsizliyi üçün “qırmızı xətt” demək idi. İran, Türkiyə ilə birlikdə, Ermənistanın təcavüzkarlığını qınamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Tehran, Azərbaycanın parçalanma təhlükəsinin regional təhlükəsizlik baxımından mənfi təsirini açıq-aydın görürdü. İran bölgədəki mövcud güc balansını qorumağa çalışdığını açıq şəkildə ifadə etdi. İran, Naxçıvanın bir yaşayış məntəqəsi olaraq “təhlükəsizlik xətti” olduğunu bildirdi. 1993-cü ilin sentyabrında Naxçıvanın ermənilərin hücumuna məruz qalması İranın radikal addım atmasına səbəb oldu. 1000 nəfərlik İran ordusu Araz çayını keçərək təhlükəsizlik koridoru yaratdı.
Mənbə:
(Çernyayevski, 2002: 136).
İRAN AZƏRBAYCAN ÜÇÜN NƏLƏR ETMİŞDİ?!
Azərbaycan Araşdırma Mərkəzi
Mövzular