Molla Nəsrəddin jurnalı Nizami Gəncəvi haqqında yazır:
(Bu jurnal 1906-1917-ci illərdə fars əlifbası ilə nəşr olunurdu)
"Ey camaat, bu məşhur şair Nizami Gəncəvinin məqbərəsinin böyük günbəzidir. Mərhumun Beş xəzinə (yəni Xəmsə) adlı əsəri fars ədəbiyyatının sütun və əsaslarından biridir. Bundan əlavə, 20 mindən çox lirik şeir bəstələnib ki, onların da əksəriyyəti itib. Xəmsə fransız dilinə Müsyö Şarmo tərəfindən tərcümə edilmişdir. Mərhum əslən Qumdandır və Gəncədə məşhurlaşıb. Şeyxin Adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Mubad idi. 591-ci ildə, rəvayətə görə isə 606-cı ildə 85 yaşında vəfat etmişdir. Dövrünün padşahları mərhuma böyük hörmət bəslədikləri halda, o, şairlərdən başqa heç kimi tərifləməmişdir. Təklif edirəm ki, Gəncəni qürurlandıran bu ziyarətgahı qoyunların ziyarətindən qurtaraq".