Şah İsmayılın ulu babası Şeyx Sədrəddin evində ibadətlə məşğul ikən evə bir cavan tələsik və qorxu ilə girdi və tez Şeyx Sədrəddinin arxasında gizləndi. Şeyx namazını bitirib cavana dərdini soruşduqda cavan dedi: qurban olum sənə məni bunlardan xilas et
Bu anda birdən içəri Monqol əsgərləri girdi və cavanı tutmaq üçün içəri hücum çəkdilər. Şeyx əsəbi və tələsik halda səccadəsinin altındakı qılıncı götürüb əsgərlərə hücum etdi. Bir neçə əsgəri yerə sərdikdən sonra bir monqolun yaxasından yapışaraq dedi: kim olursunuzsa olun heç kim mənə sığınan kəsi məndən icazəsiz götürə bilməz.
Monqollar təəccüb və qorxu içində evdən uzaqlaşdılar. Şeyx Sədrəddin öz dövründə elə bir nüfuza sahib idi ki, bu işi başqa biri etsəydi onu cavabsız qoymazdılar. Şeyx Sədrəddinin gizli şəbəkəsindən və nüfuzundan o qədər qorxurdular ki, ondan və yaxınlarından vergi almamaq üçün xüsusi bir fərman da yazılmışdı.
Mənbə:
“Fütuhati-şahi”, s. 30.
Mürtəza Ravəndi, İranın Sosial tarixi, s. 376