Pünhannamə
Köhnə məclis tazə qanunlar çıxardır danq!!! ala
Qoymayır Allahə verməkçün hökumət can qala
Rəngimiz qapqarə olmuş, dudimiz çıxmır heyif
Şaqqaşaq yandırmaq üçün at kömürdən manqala
Gündə bir yol məmləkətdə naziri bar tikdirir
Pul qumarla dövr edirsə, sanma saf insan qala
Göstərir rəğbət bu millət dəmbədəm mütriblərə
Sazla, dəflə, tənbur ilə çox çətin iman qala
İndi ekranda müxənnəslər olub söz sahibi
Qoymadı axər gün üçün şərr ədəb-ərkan qala
Çaqqalın, şirin zəbanından şəkər xəlq etməyin
Dost ilə bir yerdə heç mümkün deyil düşman qala
Müzəffər ali baş zəli millətin qanın içir
Sonra söylir ki vətəndaş, bəlkə artıq qan qala?
Qoydular həsrət nə çox məzlumi əppək ətrinə
Zalımın, zülm əhlinin daim evi viran qala
Sən də nazir çolpası ordan tala, burdan dağıt
Dur atandan öyrən odla sərbəsər meydan qala
Sirrini Şair, bəyan etmə xəyanət əhlinə
Yaxşısı Pünhan adıyla namımız pünhan qala
Müəllif: Pünhan Qala