Mən Əliağa Vahidəm:
Çoxları mənim Əhli-Beyt şairi olmağımdan xəbərsizdir.
Vahidəm, eşqi-məhəbbətlə cahandan getdim,
Heyf ki, bilmədilər mən nə təriqətdə idim...
Yaşadığım dövrdə sürgün olunmamaq üçün əqidəmi gizlətsəm də şeirlərimdə 12 imam yolu getdiyimi həmişə bildirmişəm.
Ver xəbər, badi-səba, Yaqubə, sonra Hacərə,
Ağlama İsmailə, ya Yusifi mahpeykərə,
Ölmək üçün zinət eylər Leyli oğlu Əkbərə,
Bir baxın eşqi-Hüseynə, Əkbərü-Leylasına.
Şimrü dun ilə Hüseyn eşqin düşüb sevdasına...
Rey havasına biri, biri bəla səhrasına...
Mənim həyatdakı ən böyük arzum isə İmam Hüseynin məhşər günü şəfaət edən zaman məni unutmamasıdır...
Kə'beyi-kuyin əgər olsaydı qismət Vahidə,
Cümleyi-hüzzar ilən ol paki türbət Vahidə,
Ruzi-məhşərdə fəramuş etmə rəhmət Vahidə,
Canını etdi fəda bu ümmətin xülyasına.