Elbəyi Kərimli yetim idi. Nə atası vardı nə anası. Ona yas mərasimi də tutan olmadı. Basdırıldığı yer də bilinmir. Ümumiyyətlə basdırılıb basdırılmaması da bilinmir. Çünki meyiti təhvil alan olmalıdır ki, dəfn olunsun. Təhvil alan olmayanda isə...
Dünyaya kimsəsiz gələn bir yetim
Dünyadan kimsəsiz köçərək gedib
Niyə həbsə salıb canın almısız?
Bu yazıq, uşaqdır, kimə nə edib?
Yetimin ahı var eşitməmisiz?
Yıxacaq axırda bu ahlar sizi!
Kim bilir yazığa nələr etmisiz
Yaxacaq etdiyiz günahlar sizi!
Harda bir məzluma zülüm olunsa
Titrədər Allahın ərşin zülümlər
Bərəkət çəkilər o məmləkətdən
Artar günü-gündən vaxtsız ölümlər
Dəfnsiz, kimsəsiz ölən Elbəyi
Sənin intiqamını qoy Allah alsın
Gördüm ki, dünyada bi kimsə yoxun
Bu şe'ri yazdım ki, xatirə qalsın
Mirağa Dadaş