Fələstin İşğalı: Cümhuriyyət Dönemi Mətbuatında
“Türklərdən alınıb kəndilərinə veriləcək “ərzi-Fələstin”də [Fǝlǝstin torpağında] dəmiryollar inşa etmək üçün Kiyev şəhərindəki yəhudilər başda olmaq üzrə 50 milyonluq bir şirkət təsis etmişlərdir. Bu şirkət eyni zamanda həm Fələstinə, həm Amerikaya mühəndislər də göndərmişlərdir. Fələstinə yollanan mühəndislər, inşa olunacaq yolların planını çəkəcəklər; Amerikaya gedən mühəndislər isə Fələstində inşa olunacaq dəmiryollarına lazım olan bütün alət və ədǝvatı [alǝtlǝri vǝ avadanlıqları] alıb gətirəcəklərdir. Yəhudilər bu 50 milyonluq şirkətdən əlavə 10 milyonluq “nəşriyyat şirkəti” də təsis edib lazimi yerlərə müraciət etmişlərdir.
Əvət, Fələstində hənuz heç bir hökumət idarələri olmayan vǝ əqəliyyəti [azlığı] təşkil edən, dünyanın hər bir məntəqəsinə yayılmış yǝhudilər ərzi-mövudlarına [vǝd olunmuş torpaqlarına] toplaşmazdan müəssisələrini hazırlayırlar.”
Mənbə: “1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə V CİLD (Fevral 1919), səh: 49