Skip to main content

İstimar və istismar

İstimar nədir? Yəni gəlmişik, abad edək. Sizin ölkəni düzəldək. Amma nə edirdilər? İnsanların əlini kəsirdilər, əsir tuturdular, qul kimi aparıb satırdılar, istədikləri oyunu qururdular.

Şəkil

İstimar (istemar) kəlməsini eşitmisiniz?

Kolonizasiya dövründə ingilislərin adamları çıxıb deyirdilər ki, biz istimara gəlmişik.

İstimar nədir? Yəni gəlmişik, abad edək. Sizin ölkəni düzəldək. Amma nə edirdilər? İnsanların əlini kəsirdilər, əsir tuturdular, qul kimi aparıb satırdılar, istədikləri oyunu qururdular.

Yaxşı, bəs niyə uşaqlarmızın əlini, başını kəsirsiz? Deyirdilər ki, bu olmasa siz inkişaf edə bilməzsiniz. Bu, siyasi müğalitədir, sofistikadır.

Bu gün Türkiyə və ya İsrail həmin istimar mərhələsinə gəlir. Deyir ki, mən gəlmişəm sizə nə isə bəxş edim. Sizi qabağa aparım. İnsanlar 20-30 il sonra başa düşəcəklər ki, həmin ingilisin dilindən eşitdikləri istimar təkrar olunur.

Bu gəlib sənin ölkəni işğal etməyə. Necə ki, keçən əsrin 18-20-ci illərində gəldilər. Bu həmin istimardır. Bu gəlib ki, guya sənə abadlıq bəxş etsin. Axı başqa nə adla girə bilər sənin ölkənə?

Bunun həqiqəti “işğaldır, istismardır”.

Sən məcbur olub ölkənin xam neftini Türkiyəyə verirsən. 15 milyard da pul göndərirsən ki, orda neft emalı zavodu tikəsən. Sənin ölkən Türkiyə üçün olub periferiya. Sənin ölkəndə sanaye olmamalıdır. Sən xam mal ixracatçısı olmalısan. Sən xam neft göndərməlisən. Bu istismardır, istimar deyil! Bu həmin sofistikadır. Təəssüflər olsun, bəzən dindarlar da bunu qəbul edirlər. Çünki məsələyə ciddi yanaşmırlar, təhlil etmirlər.

Biz 50 ildən sonra ayılacağıq ki, ey vay, bunlar sərvətləri taladılar, ölkənin 30-40 faizi ölkədən qaçıb getdi, ac uşaqlar nə vəziyyətdə, ölkədə xəstəliklər və s. Səbəbi nə idi? Səbəbi məlumdur: İstimar adı ilə istismara gəliblər. Gəliblər ki, guya ölkəmizi "qabağa" aparsınlar, amma həmin klassik ingilis üslübu ilə... Əgər həqiqətən istismara gəlməyiblərsə, onda icazə versinlər neft emalı zavodu Azərbaycanda tikilsin, azərbaycanlılar işləsin. Yazıq millət qaçıb Rusiyanın, Avropanın çöllərinə. Nə qədər ailələr dağılır buna görə ölkədə? Nə qədər fəsad yayılır buna görə ölkədə? Nə qədər uşaqlar atasız böyüyür buna görə ölkədə?

Bunun adı “istismardır”, “istimar” deyil!

Mövzular
back to top