Skip to main content

Şah İsmayılın müasiri olan Seyyid Məhəmməd Hairi Kərəki özünün Təsliyətul-məcalis və zinətul-məcalis adlı kitabının müqəddiməsində yazır:

Xülasə
  • Şah İsmayılın müasiri olan Seyyid Məhəmməd Hairi Kərəki özünün Təsliyətul-məcalis və zinətul-məcalis adlı kitabının müqəddiməsin Dinlə Yüklə

Şah İsmayılın müasiri olan Seyyid Məhəmməd Hairi Kərəki özünün Təsliyətul-məcalis və zinətul-məcalis adlı kitabının müqəddiməsində yazır:

Gecələrimin bütün saatlarında, gündüzlərimin hər anında, gecə ibadətlərimdən və sübh çağı etdiyim Quran tilavətindən sonra daim dua etməklə məşğulam ki, İslamın kəlməsini yenidən ucaldan, iman məqamını endirildikdən sonra yüksəldən, qəzəbinin qılıncı ilə nifaqın damarını kəsən, müharibəsinin qüdrəti ilə ixtilaf əhlini ram edənin hökuməti davamlı olsun.

Allah onun vasitəsilə babası Peyğəmbərin (s) və atası Mürtəzanın gözünü aydın etsin, azğınlıq və bədbəxtlik əhlinin gözlərini isə qəm və həsrətlə yandırsın. Həmçinin Allah hənif din olan İslamı əzəmət və gözəllik libasları içində cilvələndirsin, haqqı isə qüdrət və ucalıq meydanlarında izzət və şərəflə hərəkət etdirsin.

Nübüvvət budağı, mərdlik və cavanmərdlik ağacı, doğru danışan, haqqa çağıran, hər bir zalımı ram edən, Allah yolunda heç bir qınayanın qınağından çəkinməyən, dinin dayağı, möminlərin rəhbəri, Peyğəmbər şəriətinin bayraqdarı və İmamiyyə şiələrinin hamisi. Möhkəm kökün, uca budağın, ən böyük şan-şöhrətin və ən yüksək şərəfin sahibi; kafirlərin qatili, günahkarların xar edəni; pak ailənin sahibi, Əhli-beytin zinəti; ən fəxarətli seyid, ən pak soyun daşıyıcısı; qəzəbli şir; xoşbəxt şəhid Seyid Şah Heydərin nəslinin dayağı; əzəmətli sultan Əbül-Müzəffər Şah İsmayıl!
 

back to top