Skip to main content

SƏFƏVİ HÖKÜMƏTİNDƏ VİLAYƏTİ FƏQİH SİSTEMİ

Azərbaycan Araşdrırma Mərkəzi
  • SƏFƏVİ HÖKÜMƏTİNDƏ VİLAYƏTİ FƏQİH SİSTEMİ Dinlə Yüklə

Vilayəti-Fəqih sisteminin (naqis formada olsa da) praktiki mərhələlərindən biri;

Şah Təhmasib Mühəqqiq Kərəkiyə: "Siz İmamın naibisiniz və səltənət məqamına məndən daha layiqsiniz. Mən sizin xidmətçilərinizdən biri və sizin əmrlərinizi yerinə yetirənəm" - deyə, bildirmişdir. (Əbdi bəy şirazi. Təkmilətül-əxbar, s. 45)

M.Kərəki həm dini məsələlərlə, həm də səltənət idarəçiliyi ilə bağlı yerli hakimlərə müstəqil hökmlər yazıb göndərir və bu hökmlər də yerindəcə icra olunurdu. Həmin hökmlər arasında yerli hakimlərlə insanlar arasında münasibətlərin necə formalaşması, vergilərin hansı miqdarda, nə zaman toplanması, təhvil verilməsi və digər siyasi məsələlərlə bağlı göstərişlər var idi.

Şah Təhmasib hətta vilayət hakimlərinə də fərmanlar göndərmişdi ki, Mühəqqiq Kərəkinin göstərişləri Şah göstərişləri kimi qəbul və icra edilsin.

Mənbə:
(Mehman Süleymanov, Şah Təhmasib, s. 330-331)

back to top