Nəhcül-Bəlağə
Toplayanı: Seyyid Rəzi
Nəhcül-Bəlağə - İmam Əli ibn Əbu Talibin (ə) seçilmiş xütbələri, məktubları və hikmətli kəlamlarından ibarət ən məşhur əsərdir. Bu kitab İslam ədəbiyyatında və ərəb dilində incəsənətin ən qiymətli nümunələrindən sayılır. Kitabda İmam Əlinin siyasi və ictimai düşüncələri, ədalət, ədəb və mənəviyyat mövzularındakı dərin fəlsəfi fikirləri yer alır. Kitabda həm də rəhbərlik, insan kəraməti və haqqa xidmət kimi mövzular işıqlanıb. Bu əsər həm dini, həm ədəbi, həm də fəlsəfi baxımdan xüsusilə şiə məzhəbində yüksək dəyərə malikdir. Yəni, Nəhcül-Bəlağə İmam Əlinin hikmətlər xəzinəsidir — insanlığı düşünməyə, haqqı müdafiə etməyə çağıran bir məktəbdir.
Nəhcül-Bəlağə, 10-cu əsrdə Şeyx Şərif Razi tərəfindən toplanıb. Onun atası Seyyid Mirzə Əbu Turabın soyu 5 vasitə ilə İmam Museyi Kazimə anasının soyu isə 6 vasitə ilə İmam Səccada çatırdı. Şeyx Mufid kimi böyük bir şəxsiyyət qələmə aldığı "Kitabun-Nisa"nı onun anası üçün yazmış və müqəddiməsində o xanımı möhtərəm biri kimi yad etmişdir. O, həm də İmam Əli nəslinin ən möhtəşəm şairlərindən hesab edilir. 30 yaşında Quran hafizi olmuş bu pak şəxsiyyət 970-ci ildə dünyaya gəlmiş və cəmi 45 il ömür sürmüşdür. Qəbri Bağdadda yerləşir.
İmam Xamenei bu kitab haqqında buyurur;
Nəhcül-Bəlağənin min yaşı var. Bu min ilin 950 ilini alimlərdən başqa kimsə bu kitab haqqında adından başqa bir şey bilməyib. İndi isə Nəhcül-Bəlağə dövranıdır. Kitabın mətni artıq bütün kitab mağazalarında mövcuddur, amma kitabın mətləblərinin mənası, ondakı dərin məna və ali həqiqətlərin əsli əksəriyyət üçün hələ də əlçatmazdır.
Nəhcül-Bəlağə
Xülasə