Skip to main content

SOSİAL ŞƏBƏKƏLƏRDƏ DƏSTƏK BARASINDA

Xülasə

Bəzən çalışan, din üçün əziyyət çəkən dindarların səhifələrini görürəm, 3-5 nəfər onları layk edir. Ürəyim ağrıyır...

Ustad Pənahian

Bu bir reallıqdır ki, günümüzün mühüm bir hissəsi reels videolarına baxmaqla keçir. Hər gün minlərlə yeni informasiya qəbul edirik. Heç bir məsələyə fokuslana bilmirik. Enerjimiz də tükənir.

Gəlin bu halı əvəz edək. Lazım deyil ki, minlərlə informasiya qəbul edək. Qiyamətdə bizdən soruşulmayacaq ki, niyə girib xəbərləri izləmədin, niyə səhifələrə abunə olmadın, niyə dünyada baş verən hər şeydən xəbər tutmadın... Bizdən gördüyümüzə reaksiya verib-vermədiyimiz soruşulacaq. Misal üçün maşınla yol ilə gedirik. Görürük ki, birin yıxıblar yerə, orqanların çıxarırlar. Təsəvvür edin ki, həmin anda bir ruhani maşının sürücüsünə deyir ki, sür biraz qabağa insanlara nəcis olmuş palazı paklamaqdan danışacam. Əlbəttə ki, palazı paklamaq mühüm bir məsələdir. Amma birinin orqanları çıxarılırsa, həmin anda necə bu məsələni görməzdən gələ və palazdan danışa bilərik?!... Həmin adam deyə bilər ki, şəhərdə min dənə problem var, mən işimi atıb düşüb hamısına bir-bir reaksiya verəcəm? Xeyr, əzizim. Səndən bu tələb olunmur. Səndən tələb olunan şey çox sadədir. Gördüyünə reaksiya ver. Çünki insan, olduğu yeri islah etməklə mükəlləf olunub, məb'us olunub Allah tərəfindən. Azərbaycanda insanların orqanları çıxarılıb İsrailə aparılıbsa, ən azından buna qəzəbləndiyimizi biruzə verməliyik? Necə həmin məqamda deyə bilərik ki, mən "levi su ilə alınan dəstəmazdan" danışacam? Onu da danış. Amma gözünün önündə Məhərrəm-Səfər ayında şəhərin göbəyində qadınlara 1 manatlıq dondurmaya görə lüt rəqs etmələri təbliğ olunursa, orda necə bu mühüm tənqid olunmalı məsələni buraxıb mövludda tort kəsməyin düzgün olmamasından danışa bilərsən? Orda necə "Ya Əbəlfəz mənə kömək ol" deyənləri tənqid edə bilərsən? Orda necə "Ya Əli mədəd" demək məzhəbə zərbə vurur deyə bilərsən? Mən başa düşürəm, çətin dövrdür, İmam Səccad da qiyam etmədi deyirsiz, amma İmam Səccadın dövründə müsəlmanların namusuna Hərra hadisəsində hücum ediləndə İmam Səccad demədi ki, millət necə tarac olur olsun nə işim var, çəkilin mən şər'i hökmlərdən danışacam demədi İmam... Reaksiya verdi İmam. Açın tarixi oxuyun İmam nə etdi orda. Bu gün Azərbaycanda xalqın balalarının orqanları yəhudilər üçün çıxarılır aparılır, ölkədə xalqın namusuna hər cür təcavüz edilir, gərək reaksiyamız olsun...

Qayıdaq mövzuya.
Reaksiya nədir? Şəhid Mütəhhəri deyir ki, bu, bəzən dil ilə təzəkkürdür, bəzən fiziki müdaxilədir. Onu insan özü təyin etməlidir. Sosial şəbəkələr də həyatımızın bir hissəsidirsə, necə bir zülmü görüb reaksiyasız qala bilərik? Reaksiya bəzən bəyənilən bir işi layk etmək, nəhy olunmalı işdirsə ona əsəbi emoji atmaq, yanlış yönləndirmə varsa haqqın təbyini ilə orda məşğul olmaqdır. Mən bütün gördüyüm hər şeyə rəy yazım? Xeyr, əzizim, əvvəla niyə hər şeyi görməlisən? Niyə oturub saatlarla sosial şəbəkələrdə vaxt keçirməlisən? Gir bir xəbər oxu gündə, amma o xəbəri təhlil et, müzakirə yarat əqidə yoldaşlarınla, tənqid olunmalıdırsa tənqid, təqdir olunmalıdırsa təqdir et, paylaşaraq təbliğ et. İzləyici olma, iştirakçı ol. Haqq ilə batilin savaşında izləyici olanlar batil cəbhədə olanlardan çox fərqlənmirlər. Onlar haqqı sükutları, reaksiyasızlıqları ilə qətl edirlər...

back to top