Skip to main content

HAQQ SÖZÜN BU İQTİDARƏ SƏN DEMƏZDİN, MƏN DEDİM...

Xülasə
  • HAQQ SÖZÜN BU İQTİDARƏ SƏN DEMƏZDİN, MƏN DEDİM... Dinlə Yüklə

Haqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.
Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.

Bir mücərrəd var ki, neyçün qurd qiyamətçün qalır;
Qurdu çıxsın aşikarə sən deməzdin, mən dedim .

Yurdu döndərmiş bazarə hər şeyi satmış ucuz,
Xəlqi salmış ahu-zarə, sən deməzdin, mən dedim.

Diz çöküb Pərvərdigarımdan Qiyamət istədim,
Bax, bunu Pərvərdigarə sən deməzdin, mən dedim .

Çatmışıq min şükr ola Sahib-Zaman dövranına
Son sözü son zülmükarə sən deməzdin, mən dedim.

"La Fəta İlla Əli, La Səyfə İlla Zülfiqar"
Hikmətin bu hökmüdarə, sən deməzdin, mən dedim.

Bir müqəddəs ruh enir, Pünhan, o göylərdən yerə ,
İblisi qoysun məzarə sən deməzdin, mən dedim.

Baba Pünhan

back to top