Xülasə
Mən havadan yazmıram, haqqdan gəlir beynimdəki,
Ağ varaqlar üstə sonra həkk olur zehnimdəki.
La fəta illa Əli, la seyfə illa Zülfiqar,
Bu Əlinin sirridir ki, sirri-Ya'sinimdəki.
Sorma gəl məndən sən həqq, olduğunu hardan bilim,
Yaxşı bax, haqqın üzüyünən eynidir eynimdəki.
Haqq sözümdən qeyri, ey dost, heç nəyim yoxdur mənim,
Həm bu canım özgənindir həm də ki, əynimdəki.
Bağda bir ev tikmişəm qəlbim paxıllığdan yanır,
Çün mənimkindən bir az hündür çıxıb qeynimdəki.
Min oyunlardan çıxardım mən bu başsız ölkədə,
Hər şeyi qeyd etməsəydi Valla bu çiynimdəki.
Bilginən Pünhan, təkkəbürdən olar daim uzaq,
Həqqidən boynunda qəm zənciri var hər kimdə ki.
Baba Pünhan