Xülasə
Zaman gələr açılar sirr olan cinayətimiz,
Açılsa qır qazanı, olmaz heç kifayətimiz.
Yaxınlaşınca "o gün" qeyri adilər çoxalar,
Yetincə Sahib əz-Zaman çaşar cəmaətimiz.
O vəqtidən ki, Badu-Kubəmiz, dönərlə dolub,
O vəqtidən də möhürsüz olub ibadətimiz.
Gələndə Əzrayıl Xuda verən əmanət üçün,
Deyin hökümət alıb, ondadır əmanətimiz.
Çadır vilayəti bizdə çadır şəhərciyidir,
Şəhərdə amma ki hər villa bir vilayətimiz.
Səxavət ilə danışsaq da arü-qeyrətdən,
Xəyanət ilə düşüb tarixə hekayətimiz.
Təmami-şöhrət üçün bircə həccimiz çatmır,
Tamam olar bu məqsəd ilə həcc ziyarətimiz.
Əli ayağı dəyən Zülfiqar diyarında,
Kələkdən olsa küləkdən uçar imarətimiz.
Söz ilə, Pünhan, olubsa bu cahan xəlq əgər,
Qənaətimdi ki, sözdən qopar qiyamətimiz.
Baba Pünhan