Skip to main content

YETİR BU HƏSRƏTİN SONUN...

Məclisi-Üns Ədəbi Birliyi

Möhtac olub bir tikəyə, satıbdı məzlum öz donun
Bizlərə şah olub qulu Andreyin ya da Conun

Mömin üçüz on üç ədət, deyir İmam Zaman mədət,
Dini sarıb fəsad-bidət, dəyiş bu səhnənin fonun

Şiə bir intizardadı, deyir ki, munci hardadı?
Görər ki, şiə dardadı, zühuru tezləşər Onun

Rişeyi-tağutu kəsən, möminlərin sahibisən, 
Bircə zühur eylə ki, sən, dəyiş o tağutun tonun

Bəşər açıb səmaya əl, müdam deyirlər əl-əcəl,
Qərardı gəlməyünsə gəl, yetir bu həsrətin sonun

Mirağa Dadaş

Mövzular
back to top