Skip to main content

İMAM ƏLİNİN (ə) ŞAH İSMAYILA OLAN İNAYƏTİ

Azərbaycan Araşdırma Mərkəzi
  • İMAM ƏLİNİN (ə) ŞAH İSMAYILA OLAN İNAYƏTİ Dinlə Yüklə

Ağqoyunlu əsgərləri hər yerdə balaca Şah İsmayılı gəzdiyi bir vaxtda cəsuslar Təbriz sarayına mühüm bir xəbər gətirmişdilər: İsmayıl Lahicandadır.

Ağqoyunlu hökmdarı, Qasım bəy rəhbərliyində bir qrup əsgərləri Lahicana göndərdi. Əsgərlər balaca bir müqavimətlə qarşılaşdığı zaman isə Lahicana hücum əmri verilmişdi.

Amma İlahi təqdir ilə balaca ismayılı qoruyan Lahican hakiminin yuxusunda həll yolu aşkar olmuşdu. Yuxusunda Əmirəl-möminin İmam Əli (ə) ona bu çətin məsələdən çıxış yolunu öyrətmişdi.

Yuxudan oyanan hakim tez hazırlıqlar görür. Ağaca kəndirlərlə möhkəmləndirilmiş bir zənbil yerləşdirir. Səhər Ağqoyunlu əsgərlərinin gəldiyinin xəbərini alan hakim tez balaca İsmayılı zənbilə yerləşdirir və burada qalmasını tənbihləyir.

Qasim bəy əsgərləri ilə Lahican sarayına daxil olur və Təbriz sarayının əmrini Lahican hakiminə çatdırır. Lahican hakimi əmin addımlarla taxtından qalxır və Qurani-Kərim istəyir. O bildirir ki, əsgərlər istənilən hər yeri axtara bilərlər. Şeyx Heydərin övladı Lahican torpağında deyildir.

Lahican hakiminin İmam Əli (ə)-dan aldığı ağıllı tədbir ilə Şah İsmayıl ölüm təhlükəsindən xilas oldu. Bir neçə ay sonra isə Rüstəm Mirzə daxili iğtişaşların çıxması ilə öldürüləcək və dövlətin günəşi sönəcəkdi.

Mövzular
back to top