Skip to main content

ŞAH İSMAYILIN İLK DÖYÜŞÜ

Azərbaycan Araşdırma Mərkəzi

1499-cu il Deyləm-Tarom yolu

Şah İsmayıl və 7 tərəfdarı ilə bərabər yola çıxmış və hərəkəta başlamışdılar. Taroma çatdıqda 70 nəfər bu az amma hərarətli qrupa qoşuldu. Şah İsmayılın Taromda qarşılanmasından o qədər də keçməmişdi ki, Tarom hakimi 700 nəfərlik ordusu ilə üzərlərinə hücum çəkdi. Onlardan kim olduqları, nə üçün burada toplandıqları və rəhbərlərinin kim olduqları soruşulduqda dedilər: Bizim Rəhbərimiz Şəhid Şeyx Heydərin oğlu İsmayıl Mirzədir.

Tarom hakiminin bu adı eşitdikdə gözləri bərəldi. Uzun zamandır axtarılan o uşaq indi əlinə keçmişdir. Tez ordusu ilə onları mühasirəyə aldılar. Şah İsmayılın tərəfdarları Şahı müdafiə edərkən Şah İsmayıl qılıncını qınından çıxartdı və dostları ilə bərabər hücuma keçdi. Onun şücaəti dostlarına keçdi və birlikdə düşməni haqlamağa başladılar. Amma son zərbəni Şah İsmayıl vurdu. Tarom hakiminə vurduğu zərbə onun canını aldı. Rəhbərlərinin cəsədini görən əsgərlər isə qaçmağa üz tutdular. Bu döyüş Şah İsmayılın ilk döyüşü hesab olunur.

Mövzular
back to top