Azərbaycan Araşdırma Mərkəzi
İlk bayrağımız
Hüseyn bəy Şamlı əlində Şamaxıdakı casuslarından gələn məktubla mühüm bir xəbər çatdırmaq üçün Şah İsmayılı axtarırdı. Şah İsmayıl kiçik bir otaqda oturmuş kağıza bir şeylər çəkirdi.
Ustadı Salam verərək içəri keçdi və yanına oturaraq nə çəkdiyini soruşdu. Şah gözünü kağızdan çəkməyərək dedi: Qiyam bayrağımızı, istəyirəm bu bayraqla qiyama başlayaq.
Sonra lələyi sarı boyaya batıraraq bayrağın təsvirini tamamladı. Lələyi yerinə qoyub ustadına dedi:
Yaşıl İslamı, günəş Peyğəmbərimizi, üstündəki sarı rəng isə Mövlam Əlini təmsil edir. Biz dinimizə görə yaşamışıq qoy İslamda bu bayraqla dirçəlsin. Get dərziyə bu kağızı göstər. Bayrağımızı belə düzəltsin.
Ya Allah deyib ayağa durdu və namaza başladı.
Mövzular