Skip to main content

ŞAH İSMAYILIN OĞLU - ŞAH TƏHMASİBƏ NƏSİHƏTLƏRİ

Azərbaycan Araşdırma Mərkəzi
  • ŞAH İSMAYILIN OĞLU - ŞAH TƏHMASİBƏ NƏSİHƏTLƏRİ Dinlə Yüklə

Şah İsmayıl oğlu Təhmasib Mirzəni yanında əyləşdirib ona öz təcrübələrindən danışırdı. Atasını diqqət və heyranlıqla dinləyən bu balaca şahzadə gələcəkdə bu xatirələrin hesabına çox böyük bəlaları vətənimizdən uzaqlaşdıracaqdı.

Şah İsmayıl oğlunun başını oxşayıb dedi: "Təhmasib, gözümün nuru bu nəsihətlərimi diqqətlə dinlə.

Uca Allaha sığın və Onun eşqini özünə yol yoldaşı et. Təvəkkül qapısında dayan və haqq yolundan heç vaxt ayrılma. Hər işini Onun rizası üçün gör. Yəqin bil ki, doğru danışmaq dostluq qapısıdır və həqiqət aləminin xoş ətri məhz bu qapıdan aşiqi məst edir. Mənlik bəlasını özünə yaxın buraxma. Əlindəki qüdrəti haqq əhlinə dostluq və köməklik üçün istifadə et.

Bu bölüm mücahid şah Babamızın Nəsihətnamə adlı əsərindən götürülmüşdür.

Mövzular
back to top