Şah İsmayıl Səfəvi Ağa Rüstəmə xəbər göndərərək ona tabe olmasını təklif etmişdi. Ağa Rüstəm isə şahın təklifini rədd edərək belə cavab verdi;
"...Nə qədər ki, mənim əlim Şeybani xanın ətəyindədir heç nədən qorxum yoxdur"
Şah İsmayıl Mərv döyüşündən sonra Şeybani xanın bir qolunu Ağa Rüstəmə Mirzə Məhəmməd Talış ilə göndərdi. Mirzə Məhəmməd Talış Ağa Rüstəmin yadına saldı ki, bir zamanlar "mənim əlim Şeybani xanın ətəyindədir" demişdi. Daha sonra isə Şeybani xanın kəsilmiş qolunu onun qarşısına atıb Şah İsmayılın sözlərini ona çatdırdı: "Sənin əlin Şeybani xanın ətəyinə çatmasa da, Şeybani xanın əli sənin ətəyinə çatdı."
Ağa Rüstəm üstünə atılmış qolu qaldırıb ona baxdı və halı pisləşərək elə oradaca dünyasını dəyişdi
Mənbə:
Aləmara-yi Səfəvi. Tehran, 1350, s. 326