İmam Xameneinin çıxışlarında Ərbəin ziyarətinin müxtəlif yönlərinə baxış
Bizim bu gün Hüseyn İbn Əlini (ə) dünyaya tanıtmağa ehtiyacımız vardır. Bugün yüzlərlə vasitə ilə İslama və İslam təfəkkürünə qarşı təbliğat aparılır. Küfr və zalım cəbhənin belə düşməncəsinə hərəkəti qarşısında, İmam Hüseynin (ə) mərifətini qalxan qərar verməklə Quran və İslam həqiqətini dünyaya bəyan etmək olar. Hüseyn İbn Əlinin (ə) məntiqi haqqı müdafiə etmək, zülm, azğınlıq və istismarçılıqla mübarizə aparmaq məntiqidir. Bu, İmam Hüseynin (ə) məntiqidir. Bugün dünyanın belə bir məntiqə ehtiyacı vardır. Bugün dünya zülm, fəsad və istismarçılıq hakimiyyətinə şahid olmaqdadır. Dünya zülm hakimiyyətinə şahid olur. İmam Hüseynin (ə) bu mesajı dünyaya nicat verəcək bir mesajdır. Ərbəin yürüşü isə, bu mesajı bütün dünyaya yayır və Allahın lütfü, inayəti ilə bu hərəkat günbəgün daha da güclənməlidir.
Tərcümə edən: Şeyx Tohid İbrahimbəyli