Kitab haqqında:
Qarşınızda olan bu kitab Qum şəhərində yerləşən Həzrəti Qaim (ə.f) virtual mədrəsəsinin Azərbaycanlı tələbələri üçün nəzərdə tutulmuşdur. Kitab üç hissədən ibarətdir. Müqəddimə, orta və ali səviyyə. Hər üç kitabı bitirən şəxs Fars dilində sərbəst şəkildə mətnləri oxuyub tərcümə edə biləcək, radio və televizorda danışılanları başa düşəcək və ən əsası özü də Fars dilində danışa biləcək. Müqəddimə (1-ci cild) ümumilikdə 12 dərsdən ibarətdir və bacardığımız qədər çalışmışıq ki, dərslər yorucu və cansıxıcı olmasın. Kitab Azərbaycan dilinin qramatikası ilə uyğunlaşdırılıb. İlk dərslərdə sözlərin tərcüməsi verilib, lakin növbəti dərslərdə bu zərurət olmadığından sözlər yalnız Fars dilində verilib. 12 dərsin sonunda isə əlifba sırası ilə müxtəlif sözlər qeyd edilib. Kitabın digər bir özəlliyi isə sözlərin və cümlələrin tələffüzü həm kitab dilinə, həm də danışıq dilinə uyğun verilməsidir.
Kitabın adı: Fars dili
Müəllif: Tural Ziyadxanov
Redaktor: Tural Ziyadxanov
Dizayner: Nasir Sultanpur
FARS DİLİ - BİRİNCİ KİTAB
Müəllif: Tural Ziyadxanov
Sənədlər
Mövzular