Skip to main content

BU HÜKÜMƏT EŞQƏ SADİQ QALA BİR NƏFƏR DƏ QOYMUR

Məclisi-Üns Ədəbi Birliyi
Şəkil

Bu hökümət eşqə sadiq qala bir nəfər də qoymur
Verə xəlqə jurnalisti daha düz xəbər də qoymur

Qoyasan qapaz başından, danışır böyük yaşından
Xəbər al vətəndaşından zəhərin şəkərdə qoymur

Qarabağı ərmənidən kəsıb aldı amma nazir
Gəzə qazilər də rahət niyə Kəlbəcərdə qoymur

Deyilir ki tə'rif eylə sitəm eyliyən gədənı
Deyə öz sözün iradi, yenə "kimsə" mərdə qoymur

Bəzəyibdi Şimrin oğlu haram ilə Nardarani 
Qala bir səlamət ünvan şər "Emin" şəhərdə qoymur

Xeyir istəyirsən adəm, çalış haqqa bəndəlik et
Axı Rəbbimiz bilirsən xeyiri zərərdə qoymur

Elə ki, Muhərrəm ayı yetişir Yəzidlər artır
Qurasan Hüseynə məclis, çəkəsən kədər də qoymur

Yenə coşmusanmı Pünhan, sus otur evində sakit
Sənə nifrət eyliyənlər yazasan əsər də qoymur

Müəllif: Pünhan Qala

back to top