NƏYİNƏ GƏRƏK
Vətənin neməti çox sərvəti ümman kimiyik
Biz isə qul kimiyik ən yazıq insan kimiyik
Erməni canlarıdı, biz isə düşman kimiyik
Qazımız düşmənə ehsanda ola, nəyinə gərək.
Qırılan hamısı müsəlmanda ola, nəyinə gərək
Təhsili yoxdusa xalqın sonu xarlıq olacaq
Həkimə çatmasa pul xəstə məzarlıq olacaq
Çoxunun vecinə deyil ölkə şikarlıq olacaq
Dağılan Azəribaycanda, ola nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
O zaman bəzi gəda erməniyə satdı bizi
Guya biz müstəqilik bəzisi fırlatdı bizi
Qarabağ guya alındı satan aldatdı bizi
İndi kimlər bizə düşmanda ola nəynə gərək.
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Çalışırsansa pulun varsa əgər dur qırağa
Biri gəl ölsə acından, sənə lazımdı ağa?
Təzə ged bir maşın al, villa tikib get qabağa
Həyatın xoş anı Nabranda ola nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Deyilərsə Hüseyinnən ona əhsən deginən
Olmadım Kərbübəlada nə edim mən, deginən
Qulağın duysa ki, meydandı gəlin, sən deginən
Tələsənlər yenə meydanda ola, nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Sökülür Allah evi söyləginən lənət olar
Hicaba var qadağa dinmə ağır vəziyət olar
Ye otur vermə fikir getməginən əziyət olar
Tapdanan lap belə insanda ola nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Ona Allah verib imanı və iradəni bil
Bütün aləm tanıyır Tale Bağırzadəni bil
Hələ Mövsüm kimi, Abgül kimi azadəni bil
Tutulan hafizi Qur'anda ola nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Ye rahatca belə ehsanları həm boz başuvu
Təzədən istəginən yağlı qara, həm aşuvu
Sənə lazımdı məgər fikir edəsən qardaşuvu?
Yeri lap karsda, Qobustanda ola nəyinə gərək
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək
Verərik erməniyə qaz nə qədər istəsələr
Vuracaqlar neçə cür paz nə qədər istəsələr
Sən də Elvin olanı yaz, nə qədər istəsələr
Tutalar öldürələr qanda ola nəyinə gərək.
Qırılan hamsı müsəlmanda ola nəyinə gərək.
Müəllif: Elvin Mürvətoğlu