Mirzə Ələkbər Sabir Çar Rusiyasının işğalı altında olan Şirvan ərazisində doğulsa da, İranı öz vətəni hesab edir və İran Şahına yazdığı mədhiyyədə belə deyirdi:
Şəhi-İran Məhəmməd şahi-ə’zəm,
Uzun ömr eyləsin ol zati-əkrəm,
Ola qanuni-ədl ilə münəzzəm
Ümuri-dövləti, mülki, sipahi,
Qərini-məğfirət qıl, ya İlahi,
Müzəffərdin vəfalı padişahi!...
Müqəddəs fikri, pak əqli, zəkasi,
Vətən övladının oldu bəqasi,
Verib İranə qanuni-əsasi,
Bütün İranın oldu qibləgahi;
Qərini-məğfirət qıl, ya İlahi,
Müzəffərdin vəfalı padişahi!...
Mənbə: Bu şeir Hophopnamə əsərinin 54-cü səhifəsindədir. 1907-ci ildə İran Şahı Müzəffərdinin ölümü ilə əlaqədar yazılmış və İrşad qəzetində nəşr edilmişdir. Şeirdə həmçinin Müzəffərdin Şahın varisi Məhəmməd Şaha mədhiyyə də vardır. Müzəffərdin Şahın ölümü ilə əlaqədar hətta Şirvanda təziyə məclisləri təşkil olunmuş və Sabirin bu şeiri orda oxunmuşdur.