Skip to main content

ŞAH İSMAYIL XƏTAİ / "MƏN İSLAMI DİRÇƏLDƏCƏM!"

Azərbaycan Araşdırma Mərkəzi
  • ŞAH İSMAYIL XƏTAİ / MƏN İSLAMI DİRÇƏLDƏCƏM! Dinlə Yüklə

Bu gün Azərbaycan xalqının əcdadı, şahı və ulu babası olan Şah İsmayılın dünyaya gəldiyi gündür.

Salam olsun sənin dünyaya gəldiyin günə!

Azərbaycan xalqının kimliyinə tərif vermək istədikdə Azərbaycan Araşdırma Mərkəzi olaraq təklif edirik ki, bu cür tərif verək;
İmam Hüseynin (ə) qanı, Şah İsmayılın geni!

Bu videonu isə Şah ismayılın mövluduna təbrik şəklində ithaf edirik.

Şah İsmayıl Qafqazda məğlub etdiyi ordunun əsir düşmüş yaralı komandirinə yaxınlaşır və deyir:

Bilirəm məni tanımırsan, amma böyüklərin məni və babalarımı yaxşı tanıyır. Mən, din yolunda və sizin xəyanət xəncərinizlə şəhid olmuş Şeyxlərin oğluyam. Ağaların elə bilirdi ki, mən ömrümün axırına qədər gizlənəcəm və onlar zülm taxtlarında sonsuzadək oturacaqlar?

Get, Fərrux, Əlvənd və Murada, Cüneyd və Heydərin qanına kim bais olubsa ona de: Gəlirəm. Taxt-taclarına doya-doya otursunlar. Gözəl paltarlarına və təzim edən qullarına son dəfə baxsınlar. Gəlirəm ki, qəlbimdəki yanğı ilə onların fani həyatlarını külə çevirəm, taxtlarını və arzularını göyə sovuram. Gəlirəm ki, babalarımın dinini dirçəldim və Ali-Muhəmmədin düşmənlərinə qiyaməti xatırladım.

back to top