Allah Peyğəmbərinin (s) həyatında baş verən mühüm hadisələrdən biri Hilful-Füzul hadisəsidir ki, bizə haqqında çox az danışılıb. Hilful-Füzul nədir və nəyə görə İslam onu batil elan etmədi?
Allah Peyğəmbərinin (s) 20 yaşı (bəzilərinin dediyinə görə daha az) olanda Məkkədə bir nəfərə qarşı qolu zorlular, Məkkə varlıları zülm etdilər. Ticarət mallarını əlindən zorla aldılar. Bu şəxs Allaha şikayət etdi, insanlara şikayət etdi. Bu zaman Zübeyr İbn Əbdülmüttəlib (Peyğəmbərin əmisi) bir dəstə cavanı Əbdullah İbn Codanın evində yığdı və qərara aldılar ki, bir təşkilat yaratsınlar. Bunun adını Hilful-Füzul qoydular. Bunun neçə mənası var. Mənalarından biri "fəzilətli kişilərin birliyi" deməkdir. Bunlar hələ müsəlman deyildilər, hələ İslam dini nazil olmamışdı, hələ Allah Peyğəmbəri (s) öz nübuvvətini və risalətini elan etməmişdi.
Bunlar gəldilər bir təşkilat yaratdılar ki, bundan sonra Məkkədə hər hansı bir qolu zorlu, kiməsə zülm etsə, biz buna imkan verməyəcəyik və bunun qarşısını alacağıq dedilər.
HİLFUL-FÜZUL NƏDİR?
Azərbaycan Araşdırma Mərkəzi
Mövzular