Skip to main content

Hindistan hökuməti Kəşmirdə müsəlmanlara təzyiqi gücləndirir

Hindistan hökuməti Kəşmirdə müsəlmanlara təzyiqi gücləndirir

Şəkil

Hindistanın işğalı altında olan Kəşmirdə Mirvais Ömər Farukun başçılıq etdiyi bir qrup müsəlman lider, Kəşmir müsəlmanlarına məxsus vəqf mülkləri üzərində hökumətin daha çox nəzarəti nəzərdə tutan qanun layihəsi ilə bağlı Hindistan deputatlarına öz narahatlıqlarını bildiriblər. Yanvarın 24-də Ömər Faruk Kəşmir Üləma Şurasının nümayəndə heyəti ilə birlikdə Yeni Dehlidə parlament komitəsinin iclasında iştirak edib və qanun layihəsi üzrə parlamentin birgə komitəsinin sədri Caqdambika Pal ilə görüşüb.Ömər Faruk Hindistan hökumətinin Kəşmirin muxtariyyətini ləğv etdiyi 2019-cu ildən ev dustaqlığındadır. Qanun layihəsi təkcə Kəşmir müsəlmanlarının deyil, Hindistanın 200 milyonluq müsəlman icmasının da etirazı ilə üzləşir.Hakim hindu millətçi Bharatiya Janata Partiyası (BJP) tərəfindən irəli sürülən qanun layihəsi hökumətin vəqf mülklərinə çıxışını və nəzarətini artırmaq və müsəlmanların vəqflərin idarə olunmasında təmsilçiliyini azaltmaq məqsədi daşıyır.Kəşmir müsəlmanları xəbərdarlıq edir ki, qanun layihəsi vəqf mülklərinin müsadirə edilməsi riskini artırır.
 

Sənədlər
Mövzular
back to top