Skip to main content

"AZƏRİ" KƏLMƏSİNİ STALİN ORTAYA ATIB?

Azərbaycan Araşdrırma Mərkəzi

Azəri kəlməsini ilk dəfə Stalin işlədib?!...

M.Ə. Rəsulzadənin nadir fotosu;

1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş bu unikal fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: "İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim".
Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Fotonun M.Ə.Rəsulzadənin arxivindən götürüldüyü ehtimal olunur.
Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

Diqqət çəkən bir başqa nüans isə möhürün içindəki yazılardır:

آذری تورك  کنجلر برلکی استانبول ۱۹۲۶
Azəri Türk gənclər birliyi, İstanbul 1926

Beləliklə, azəri kəlməsinin Stalin tərəfindən ortaya atılması, xalqımıza ilk dəfə azəri deyənin Stalin olması iddiası yalan iddia olaraq tarixə qovuşur!

back to top