Xülasə
Məşhurdur ki, monqol hökmdarı Çingiz xan Nişapurda törətdiyi fəlakətlərdən sonra Həmədana getdi və oradakı insanlara dedi:
“Bir sual verəcəyəm. Əgər düzgün və yaxşı cavab versəniz, aman içindəsiniz.”
Sonra soruşdu:
“Mən Allah tərəfindən göndərilmişəm, yoxsa özüm gəlmişəm?”
Camaatın içindən cəsur və qorxmaz bir çoban Çingiz xana üz tutaraq dedi:
“Sən nə Allah tərəfindən gəlmisən, nə də öz istəyinlə. Səni bura gətirən bizim öz əməllərimizdir.
Biz öz alimlərimizə və ağıllı insanlara hörmət göstərmədik, bir qrup alçaq və cahilə məqam və nüfuz verdik, onlara hörmət etdik. Bunun nəticəsi isə sənin ordunun bura yürüş etməsidir...”