Azərbaycan Araşdırma Mərkəzi yeni tərcümə kitabını sizlərə təqdim edir.
Əsərin adı: Əziz Seyyid
Müəllif: Həmid Davudabadi
Bəzi şəxsiyyətlərin həyat yolu yalnız onların şəxsi bioqrafiyasından ibarət olmur. Onların ömür yolu bütöv bir dövrün hadisələrini, mübarizələrini, ictimai-siyasi dəyişikliklərini və düşüncə dünyasını özündə əks etdirir. Əzəmətli şəhid Seyyid Həsən Nəsrullahın həyatı da bu baxımdan müasir Livanın və bütövlükdə Yaxın Şərqin son onilliklərdə keçdiyi mürəkkəb tarixi proseslərlə sıx bağlıdır. Qarşınızdakı “Əziz Seyyid - Seyyid Həsən Nəsrullahın həyatı öz dilindən” kitabını fərqləndirən əsas xüsusiyyət onun adi bioqrafiya deyil, birinci şəxsin dilindən nəql edilən canlı həyat hekayəsi olmasıdır.
Əsər Həmid Davudabadinin 1998-ci ildə Beyrutda əzəmətli şəhid Seyyid Həsən Nəsrullahla apardığı uzun söhbətlər və qeydə aldığı xatirələr əsasında hazırlanmışdır. Bu səhifələrdə oxucu siyasi tribunadan və müqavimət meydanından tanıdığı əzəmətli şəhid Seyyid Həsən Nəsrullahın həyatının daha az tanınan tərəfləri ilə qarşılaşır: yoxsul ailədə keçən uşaqlıq illəri, atasının dükanında çalışması, kiçik yaşlarından dini kitablara və Qurana olan marağı, ruhani olmaq arzusu, Nəcəf elmi hövzəsinə səfəri, Seyyid Məhəmmədbaqir Sədr və Seyyid Abbas Musəvi ilə tanışlığı...
📚 Xoş mütaliələr