Skip to main content

Hazırda Yəməndə nə baş verir?

Xülasə

Bir ara “Müqavimət mədəniyyəti: Ənsarullah” kitabçasını yazarkən ciddi ədəbiyyat qıtlığı ilə üzləşmişdim. Yəmən xalqının psixoloji portretini təsəvvürümdə canlandırmaq üçün bəzi yəmənli dostların davranışlarına diqqət yetirir, eyni zamanda yəmənlilərlə işləmiş mücahid qardaşlarla söhbətlərimdən onlar haqqında ümumi məlumat əldə edirdim.

Əlbəttə, yəmənli mücahidlərlə ilk tanışlığım təsadüf nəticəsində baş vermişdi, amma bunun özünəməxsus bir tarixçəsi vardı. O zaman onların son dərəcə geniş qəlbi, mehriban rəftarı və sadəliyi məni heyran etmişdi.

Yəmənliləri yaxşı tanıyan mücahid qardaşlardan birindən Ənsarullahdakı qardaşlar haqqında, onların necə insanlar olduqları barədə bir az ehtiyatla soruşdum. Açığı, nəsə mənfi bir şey eşitməkdən çəkinirdim. Qardaşın mənə verdiyi cavab isə belə oldu:

“Mən sanki Allah Rəsulunun xas səhabələri ilə birlikdə olmuşam.”

İndiyədək bəzi hadisələr haqqında fikir bildirməməyimin səbəblərindən biri də budur. İnformasiya hay-küyü və bəzən yanlış təhlillər fonunda danışmağı çox vaxt mənasız hesab edirəm. Buna görə də sonda, məsələlər barədə daha köklü məlumatları və öz müşahidələrimi yazılı şəkildə sizinlə bölüşməyi qərara aldım.

Orxan Məmmədov
 

back to top