Kütləvi təbliğat vasitələrində Assasinlər barədə yaradılmış mənfi bir obraz var: qara geyimli, gözləri donuq, əllərində xəncər. Guya bunlar xaşxaş çəkib, ağılsızca adam öldürən gizli qətl maşınlarıydı. Amma... bir dayanın!
Əslində yaradılmış bu saxta obraz Həsən Səbbahın rəhbərliyi altındakı ismaili şiələrindən ibarət “Fədailər”ə qarşı qəsdən yayılmış bir mifdir.
Ələmutun daş divarları arxasında xəşiş yox idi, elmi mərkəz var idi;
Gənclər uşaq yaşlarından din, riyaziyyat, astronomiya, hətta xarici dillər öyrənirdi. Onlar həm savadlı, həm də dəmir iradəli əqidə döyüşçüləri kimi yetişdirilirdi.
Əsas hədəfləri nə idi?
Onlar heç vaxt günahsıza toxunmazdılar. Kütləvi qırğın törətməyiblər.
Onlar ancaq qatı Əhli-Beyt düşməni olanları aradan götürürdülər və bu planları illərlə səbrlə, sükutla hazırlayırdılar.
Düşmənin sarayına aşpaz kimi, katib kimi, hətta müşavir kimi daxil olub, zamanını gözləyən fədainin hədəfi düşməni təkcə məhv etmək, sonra qaçmaq idimi? Yox! Onlar qətldən sonra uca səslə əqidələrini elan edirdilər.
Bəs bu "xaşxaşi" söhbəti hardan çıxıb?
Abbasilər, Səlcuqlular və qərb səlibçiləri onlardan o qədər qorxurdular ki, xalqa onları “xəşiş çəkib qatil olan dəli fanatiklər” kimi tanıtdırmaq istəyirdilər. Buna görə də onlara belə ad verdilər: “Həşşaşin” — yəni həşiş çəkən.
Dünya isə bu sözü təhrif edib “Assasin” kimi tanıdı.
Amma tarixçilər bilir: xaşxaş yox idi, ağıl vardı. Kütləvi qətliam yox idi, ideya vardı.