İsmayıl bəy Qutqaşınlının Rəşid bəy və Səadət xanım əsəri
Rəşidin 2 arzusu var idi; ən güclü olmaq və zəiflərə kömək etmək. O, Şahnaməni və başqa fars qəzəllərini oxumağı çox sevirdi. Bəy öz oğlu Rəşidə belə tərbiyə vermişdi. Ancaq Rəşid nəciblik, ürəyiyumşaqlıq, qoçaqlıq və mərdlikdə atasını da keçmişdi.
Bu sözlər İsmayıl bəy Qutqaşınlının Fransada çap etdirdiyi Rəşid bəy və Səadət xanım əsərindəndir. Əsər həmçinin Fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Bu əsər həm qəhrəmanlıq, həm də sevgi üslubunda yazılıb. Bir çox hissələrdə İran barədə maraqlı fikirlər var. İran mədəniyyətinin Azərbaycanda yaşayan etnik azlıqlara belə müsbət belə təsir göstərdiyi vurğulanır. Xüsusən də bizim xalqımızın qəhrəmanlığa meylinin Firdovsinin Şahnaməsindən qaynaqlandığı, o kitabın yoxsullara, zəiflərə yardıma təkid elədiyi qabardılır. Bu əsərin təsirinə düşənlər əsl qəhrəmana çevrilirlər. Həmçinin azərbaycanlıların bir məclisdə yığışanda Sədi Şirazinin farsca qəzəllərini oxuması nüansları diqqət çəkir.
İsmayıl bəy Qutqaşınlının Rəşid bəy və Səadət xanım əsəri
Xülasə