Skip to main content

Lev Tolstoy - İnsanı yaşadan nədir?!...

Xülasə

Lev Tolstoy - İnsanı yaşadan nədir?!...

Tolstoyun bu kitabı cəmi 47 dəqiqədir. Amma sanki səmavi kitabların möhtəvası bu kitabda cəm olub. Qovulmuş bir mələkdən bəhs edir kitab. Onun cəzası dünyaya enib, insanlar kimi yaşayaraq 3 suala cavab tapmaqdır. İlk iki suala qısa müddətdə cavab tapan mələk sonuncu sualın cavabı üçün illərlə yer üzündə qalmalı olur. İnsan nə ilə yaşayır sualına kitabın sonunda bir rus xalqının məsəli ilə cavab verilməyə başlanır; İnsan ata-anasız yaşaya bilər, Allahsız yaşaya bilməz. Allah qorxusu, ya Allah sevgisi? Hansıdır insanı yaşadan? Məncə dinlədikcə Tolstoyun necə Allahpərəst biri olduğunu da görəcəksiniz. Mütləq dinləyin.
 

back to top