Amerika 250 illiyini qeyd edir
Amerika Birləşmiş Ştatları bir Britaniya koloniyası şəklində yaranmışdı. ABŞ ənənəvi Böyük Britaniya, ingilis imperializminin dünyadakı siyasi-hərbi-iqtisadi-texnoloji jandarmı, təsisatıdır.
3 dekabr 1775-ci ildə ilk Amerika bayrağı qəbul olunur. Bu ABŞ-ın ilk milli bayrağı hesab olunur.
Bu həmin Böyük Britaniya imperiyasının ən böyük imperialist şirkəti olan, özü-özlüyündə şirkət olsa da, ən böyük dünyəvi güclərdən olmuş, Britaniyanın əsas dayağı East İndia Company-nin bayrağıdır. Bu bayraq demək olar ki, 18-ci əsr boyunca həmin ingilis şirkətinin bayrağı olmuşdur.
Ta ki, ABŞ-ın yaranması və Britaniyanın onun müstəqilliyini tam tanıdığı zamana qədər.
1801-ci ildə East İndia şirkəti bu bayraqdan imtina etdiyində artıq onu ABŞ-a təhvil vermişdi. ABŞ isə qısa müddət sonra həmin bu bayraqdakı Britaniya xaçının yerinə hər ştata uyğun bir simvolik ulduz taxır və bayraq demək olar ki, eyni olaraq da saxlanılır.
ABŞ yaranan kimi qarşısına missiyalar qoyulur və tədricən ingilis hakimiyyətini sistemli formada bütün qərb yarımkürəsində yayır, tamam yeni formatda bir hegemon dövlətə çevrilir. Bir növ keçmiş East İndia şirkətinin missiyasını daha modern və “sağlam” metodlarla, təsisatlarla həyata keçirir.
19-cu əsrin sonlarına yaxınlaşdıqda isə ABŞ artıq beynəlxalq gücə çevrilmişdi. Daxildə vətəndaş müharibəsi bitmiş, ABŞ tam birləşdirilmiş, digər fransız və ispan imperialistləri Amerikadan qovulmuşdu.
Nəticədə, 1874-cü ildə Britaniyanın 3 əsrlik bir beynəlxalq gücü olmuş East İndia şirkətinə ehtiyacı qalmır və şirkət rəsmi olaraq ləğv edilir.
20-ci əsrdən etibarən isə ingilis kapitalist imperializmi yeni bir formada dünyaya ağalıq etməyə başlayır, bir növ ilan kimi dərisini dəyişdirir.
Amerika bayraqlarının tarixi dəyişimi Amerikanın şirkətdən dövlətə çevrilişinin aynasıdır...
Bəli, Amerika Britaniyanın dövlət halını almış şirkətidir...
AMERİKA 250 İLLİYİNİ QEYD EDİR
Xülasə