Xülasə
Mən deyim dərdimi sən düz qatarə yaz getsin,
Qorxuram yazmasan ömrüm qutarə yaz getsin.
Keçən günə, dedilər, var məsəl ki, gün çatmaz,
Mənim keçən günümü ahu-zarə yaz getsin.
Nə "sur"u çaldı mələk, həm nə "Höccət" endi yerə,
Bu qəmli gözlərimi intizarə yaz getsin.
Təriqətim Əlidir ki, həqiqətim acıdır,
Mənim həqiqətimi Zülfüqarə yaz getsin
Yerin siyahısında sən demə adım yoxmuş,
İlahi, göydə məni bir kənarə yaz getsin.
Mən bilirdim bu xəlqə Tanrıda dəva olmaz,
Odur dedimki, bizə türkə-çarə yaz getsin.
Evim yarımçıq, özüm pulsuz, ömür bitməkdə,
Qələm götür bunu Pərvərdigarə yaz getsin.
Pünhanın baş daşına yazmağa şe'r axtarma,
"Bu yerdə haqq ölub" sözün məzarə yaz getsin.
Baba Pünhan