Xülasə
Haqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.
Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.
Bir mücərrəd var ki, neyçün qurd qiyamətçün qalır;
Qurdu çıxsın aşikarə sən deməzdin, mən dedim .
Yurdu döndərmiş bazarə hər şeyi satmış ucuz,
Xəlqi salmış ahu-zarə, sən deməzdin, mən dedim.
Diz çöküb Pərvərdigarımdan Qiyamət istədim,
Bax, bunu Pərvərdigarə sən deməzdin, mən dedim .
Çatmışıq min şükr ola Sahib-Zaman dövranına
Son sözü son zülmükarə sən deməzdin, mən dedim.
"La Fəta İlla Əli, La Səyfə İlla Zülfiqar"
Hikmətin bu hökmüdarə, sən deməzdin, mən dedim.
Bir müqəddəs ruh enir, Pünhan, o göylərdən yerə ,
İblisi qoysun məzarə sən deməzdin, mən dedim.
Baba Pünhan