Skip to main content

BU SİNƏM DAĞINA ƏL DƏYMƏ VƏTƏN DAĞIDI BU...

Xülasə
  • BU SİNƏM DAĞINA ƏL DƏYMƏ VƏTƏN DAĞIDI BU... Dinlə Yüklə

Bu sinəm dağına əl dəymə Vətən dağıdı bu,
Bu dağın lalələrin əzmə şəhid bağıdı bu.

Get çadır şəhrinə dinlə ana laylalarını,
Görginən ki, ana laylasıdı ya ağıdı bu?!

Qarabağım gedəni getdi gözüm qarəsi də,
Yerinə qarə su gəldi qaramın ağıdı bu.

Rastımın bəhrinə gir, qərq ol uşaq paklığına,
Mən də qoy fəxr eləyim, rastımın üşşaqıdı bu.

Onun üstündə əsənçün ana torpaqdı Bakı,
Ana əmcəyini kəsənçün para torpağıdı bu.

Uzaq ol mövqeyi naməlum olan insandan,
Anlayınca gec olar dostdu, ya da yağıdı bu.

Qələmindən ucalan sözləri haqdırsa əgər,
Onda Pünhanda qələm yox, Əli bayrağıdı bu.

Baba Pünhan

https://t.me/meclisiuns

back to top