Xülasə
Elə bir dövr gələr hamı acından qırılar, Bəşərin səbri daşar, şah tacından qırılar.
O günü yerdəkinə arxalananlar uduzar, O günü arxalı dağlar yamacından qırılar.
Kasıba tutduğun əldən tutar Allahın əli, Kasıba tutmadığın əl ağacından qırılar.
Qayıdar Həzrəti İsa (ə) ilə Sahib-Zamanım (s), Bəşər İslama gələr, kilsə xaçından qırılar.
O Zamandır (s), o amandır, o gümandır, odur haqq, Ona (s) haqq söyləməyən, son əlacından qırılar.
Ürəyi qanə dönər qansıza səcdə edənin, Bütün inkarı çatar, Rita Racından qırılar.
Neçə şahlar oturub iynə ucunda Pünhan, Gələr inşallah o gün, iynə ucundan qırılar.
Baba Pünhan