Bu gün Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri Şeyx Orxan Məmmədovun 48 yaşı tamam olur.
Orxan Kamran oğlu Məmmədov 1 fevral 1978-ci ildə Lerik rayonunun Lərmərud kəndində anadan olub. 1995-ci ildə Lerik rayonunun Lərmərud kənd tam orta məktəbini əla qiymətlərlə başa vurub. 1 il sonra isə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və İqtisadiyyat fakültəsinə yüksək balla qəbul olunub. 1998-ci ildə, artıq 20 yaşında ikən peşəkar boksla və Azərbaycan Taekvondo Federasiyasında taekvondo ilə məşğul olub. Orxan Məmmədov həmin dövrdə Azərnəşrdə korrektor vəzifəsində çalışıb. 2003-cü ildə Sankt Peterburq Dövlət Universitetində Fin-Ek fakültəsinə qəbul olunub. Təhsili boyunca İqtisadiyyat və Fəlsəfə üzrə bir neçə konferensiyalarda 1-ci yeri tutub, diplom və təşəkkürnamələrlə təltif olunub. Daha sonra Qum şəhərində Quran elmləri və Hədis üzrə bakalavr təhsili alıb.
Şeyx Orxan Məmmədov Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak edib və daha sonra mərhum general Hacı Qasim Süleymaninin tərcüməçisi kimi fəaliyyət göstərib. Hazırda evlidir və 4 övladı var.