Skip to main content

ŞƏHADƏT AŞİQİ

Azərbaycan Araşdırma Mərkəzi

Kitab: Şəhadət Aşiqi

Müəllif: Bətul Padam

Məhəmmədməhyarla evdə tək qalaraq, Fatimə ilə Zeynəbin dərsdən nə vaxt qayıdacaqlarını gözləyirik. Uşaqlar məktəbdən qayıdandan sonra nahar edib dərs oxumağa gedirlər. Mən də Məhəmmədməhyarı yatırdıb, Hüseynin kitablarını mütaliə edirəm. Amma qürub çağları həmişəki kimi deyil. Bu saatlar bütün kişilərin evə qayıtdığı vaxtdır. Evi dəyişməyimizə baxmayaraq, hər gün həmin an Hüseynin qayıdacağını gözləyirəm. Çox qəmgin oluram. Onun daha gəlməyəcəyi fikri, sanki dünyanın bütün kədəri qədər ürəyimə ağırlıq edir. Hüseynin yoxluğu mənim üçün heç vaxt adiləşməyəcək. Bu dərdin həmişəyaşar olmasını istəyirəm. Bilirəm ki, sevdiyimiz və ürəyimizə yaxın olan şəxsin istər-istəməz ruhu da bizə yaxın olur. Əminəm ki, qürub vaxtı mənim darıxdığım kimi, Hüseyn də bizim üçün darıxır. Mən bu darıxmaqları çox sevirəm.

Sənədlər
back to top