Şah İsmayıl aram addımlarla Təbriz taxtına doğru irəliləyirdi. Arxasındakı qürub Sevinc göz yaşları ilə "Ya Əli mədəd" şüarlarını səsləndirdilər. Taxta yaxınlaşdıqda dayandı. Qızılbaşlara tərəf dönüb dedi:
Qiyamımız Ya Əli mədəd sözü ilə bəzənibsə, bizə bu yolda can qoymaqdan başqa bir iş yaraşmaz. Mən Cüneyd Heydər oğlu başım İmam Hüseynin başından dəyərli deyil. Bu yolda başımdan keçirəm. Bundan sonra elə düşmənlər qarşımıza çıxacaq ki, Fərrux ilə Əlvəndin cəfasını unudacağıq. Bu yolda mənimlə gəlməyə hazırsınız?
Qızılbaşlar arasından bir qoca ortaya çıxıb Şah İsmayıla dedi: Ey mürşid zatən öləcəyik, elə isə belə gözəl yolda ölək. Bu can bu bədəndə durduqca Əli yolundan ayrılmaz.
Şah İsmayıl qocanın alnından öpüb taxta tərəf döndü. Bismillah deyib taxtda oturdu və Əlini havaya qaldırıb Ya Əli mədəd dedi. Qızılbaşlarda həmin şüarı gur səslə təkrarladılar.