Skip to main content

İSLAM NİYƏ QULDARLIĞI QADAĞAN ETMƏYİB?

Azərbaycan Araşdırma Mərkəzi

Bu sual yəqin ki, hər kəsi düşündürür; İslam niyə quldarlığı qadağan etməyib?

Əslində İslam quldarlığı 1400 il əvvəl qadağan edib. Heç kəs avropalıların etdiyi kimi digər insanları tutub qul edə bilməz. İslam ancaq dinin əleyhinə vuruşan şəxsləri təslim olub, əsir düşdükləri halda qul edin deyir ki, onları ölümdən xilas etsin. Çünki dünyanın hər bir yerində əsirlər ya öldürülür, ya ölənəcən zindanda qalır, ya da ölənə qədər işlədilir. İslam sonradan qul azad etməyə savablar da vəd edir ki, həmin əsir islah olduqdan sonra öz azadlığına qovuşa bilsin...

Ümumiyyətlə 3 yol ilə quldarlıq yaranıb;

1-Döyüşdə əsir götürməklə: Dünya ölkələri necə ki, bu gün əsirlə necə müamilə etməli olduqlarını hələ tam təyin edə bilməyiblər, min il əvvəl də eynilə bu cür idilər. Əsiri istəsələr öldürür, istəsələr qul edirdilər və yaxud ölənə qədər işlədirdilər.

2-Evlənməklə: Kişilər aldıqları qadını və həmin qadından olan uşaqları qul kimi sata bilirdilər.

3-Zənginliklə: Zənginlər onlar üçün çalışanları əksərən zorla qul edirdilər. Çalışanlar gücsüz olduqları üçün bəzən hətta sevərək buna razı olurdular.

İslam arvad və uşağı satmağı, həmçinin gücsüzləri zorla qul etməyi 1400 il öncə qadağan etdi. Döyüşdə isə təslim olub əsir düşən şəxsin öldürülməsinə son qoydu. Yaxşı, bəs əsirlə nə edilməli idi? Əsir ölənə qədər zindanda saxlanılmalı idi? Ölənədək işlədilməli idi? Xeyr. İslam bu əsirləri qul etməklə və qul azad etməyə savab vəd etməklə həmin əsirlərə nicat verdi. Dünyada quldarlığı yeni qadağan edənlər, İslamın 1400 il əvvəl etdiyi qadağaları təkrarladılar. Amma əsirlə yenə də müamilə etməyin yolunu tapa bilmirlər. Barter edəcək əsgərləri olmayanda əsirləri ya öldürür, ya ölənəcən zindana salırlar...

İslam ancaq dinə qarşı döyüşən bir toplumdan təslim olub ələ keçən əsirləri kölə etməyə icazə verir. Bu da əsiri ömürlük zindana salmaqdan yaxud ölənəcən işlətməkdən qurtarmaq üçün verilmiş əmrdir. Çünki qul olduqdan sonra bir əsirin azadlığa çıxma şansı yaranır...

İnsanın ailə üzvlərinə qarşı qadağan olan bütün hərəkətləri köləyə qarşı da qadağandır; Köləni söymək olmaz. Köləyə əziyyət vermək olmaz. İşgəncə etmək olmaz. Evlilik yaşlarında onları övladımız kimi evləndirməliyik. Kölənin də öz qazanc və əmlakı ola bilər. Köləyə evdə hamının yediyi yeməkdən verilməlidir və s...

Əsir düşməni həmin dəqiqə azad etmək, onun güclənib yenidən hücum etməsinə səbəb olar. Amma müsəlmanlarla birgə yaşayan əsirin qəlbi İslama isindikdən sonra azad olsa, ömrünün sonuna qədər dürüst həyat yaşayar.

back to top