Türkiyə Azərbaycanı bolşeviklərə qızıl sikkə müqabilində satmamışdan 2 il əvvəl Britaniyaya satmışdır.
ADR höküməti 16 Noyabrda General Thomsona “ingilis ordu birliklərini qəbul etmək və Bakıda yerləşdirmək üçün bütün addımların atıldığını” məruzə etdikdən sonra 17 Noyabr günü ingilis qüvvələrinin Azərbaycana girməsinə heç bir problem qalmadı.
Hökümət bu qərarı gizli iclasda qəbul etmişdi və 17 Noyabr səhəri bütün vətəndaşlarımızı ingilis ordusunu “dostanə” bir şəkildə qəbul etməyə çağırdı...
Amma General Thomson vəziyyətin əleylərinə dəyişəcəyi ehtimalını nəzərə alaraq İngiltərənin İranda işğal edilən ərazilərə polis nəzarəti rəisi Col Cockerell’i də Bakıya dəvət etdi.
Col Cockerell ingilis müstəmləkə maşınının aparıcı “sürücülərindən” və müstəmləkə edilmiş ərazilərə təyin edilən xüsusi nəzarətçilərindən idi...
***
Bakı limanına daxil olan ordunun tərkibində 800 nəfəri hind olmaqla 1800 ingilis əsgəri, həmçinin fransız və amerikan nümayəndələri də var idi. Ordunu ADR höküməti rəsmiləri qəbul etdi.
Mərasimdə çıxış edən Xarici İşlər Nazirinin birinci müavini Adil Xan Ziyadxanov Azərbaycan xalqı adından belə dedi;
“Qədim mədəniyyətə sahib Avropa millətlərinin uca və müqəddəs hədəflər naminə xalqımızı da öz aralarına qəbul edəcəklərinə sarsılmaz şəkildə ümid bəsləyirik...”
Cavabında isə ingilis generalı belə cavab verdi;
“İngilis, fransız və amerikan müttəfiq qüvvələrinin nümayəndəsi və komandanı olaraq sizi təbrik edirəm. Osmanlı ilə bağlanan müqaviləyə əsasən türk ordusundan nəzarəti təhvil aldığımızı bildirirəm...”
***
İngiltərə höküməti ilk gündən etibarən Abşeron petrol yataqlarının ingilis əsgərləri nəzarətində olacağını açıqladı. Bütün Azərbaycan vətəndaşlarına petrol rezervlərinə 16 km radiusdan yaxınlaşmaq qadağan idi.
Həmçinin yalnız ingilislər kimisə siyasi məhbus kimi həbs edə və hər hansı bir qəzetin nəşrini dayandıra bilərdilər.
İngilislər Bakıya ayaq basdıqdan 3 ay sonra, 27 Fevral 1919-cu ildə fahişəxanaların açılması və fahişəliyin leqallaşdırılması barədə qanun da qəbul etdilər...
Mənbə: http://www.visions.az/en/news/99/afcf2df0/