Borc içində
Kasıb da borc içində, kalan da borc içində,
Ölən də borc içində, qalan da borc içində.
Xəzinələr həmişə ilanlar altda olmuş,
Fəqət, bu səltənətdə, ilan da borc içində.
Atan bibindən istər, anan xalandan istər,
Bibin də borc içində, xalan da borc içində.
Nişan da borcnan oldu, toyun da borcnan oldu,
Yəqin olar gələn il, balan da borc içində.
Filan klana borclu, klan filana borclu,
Filan oğlu, filan da, klan da borc içində.
Acından ölməməkçün, gedin yalana doğru,
Bu məmləkətdə doğru, yalan da borc içində.
Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,
Zibil pulun verən yox, dalan da borc içində.
Bu torpağa imamın ayağı dəydiyiçün,
Bu torpağı satan da, alan da borc içində.
Əgər bu canı, Pünhan, Xuda veribsə borca,
Günahı olmayan da, olan da borc içində.
11 aprel 1999, Bakı