Skip to main content

ORXAN MƏMMƏDOVUN ZİYALILARA, GƏNCLƏRƏ VƏ FİKİR SAHİBLƏRİNƏ İKİNCİ MÜRACİƏTİ

Azərbaycan Araşdırma Mərkəzi

Orxan Məmmədovun ziyalılara, gənclərə və fikir sahiblərinə ikinci müraciəti

 

Bismillahir-Rahmənir-Rahim

2.12.2025

  Azərbaycanda müxalifət lider və fəallarına qarşı başlanan repressiyalar mənim üçün nə təəccüblü, nə də gözlənilməzdir. İllərdir ki, 2030-cu ilə qədər məntəqədə baş verəcək gözlənilən geosiyasi dəyişikliklər və onların Azərbaycan xalqı üçün fəsadları haqqında danışırıq. Bu fəsadlar fonunda sosial hərəkatların aparıcı qüvvə ola biləcək orta sosial təbəqənin məhvi, transmilli şirkətlərə bağlı asılı iqtisadi modelin güclənməsi və hakimiyyətin monarxik sistemə doğru sürətlənən hərəkəti barədə proqnozlar fərziyyə deyil, müşahidələrə əsaslanmışdı.
  Biz azərbaycanlıların xalq olaraq məhv edilməsi və əsas köklü xalq ideologiyası sayılan şiəlik məzhəbinin sıradan çıxarılması planları haqqında danışanda, yalnız fiziki məhv nəzərdə tutulmurdu. Bu, geosiyasi dəyişikliklər çərçivəsində hesablanmış proqnozlar idi. Bu müddət ərzində biz dəfələrlə Azərbaycanda “vətəndaş dialoqu”nun zəruriliyini vurğuladıq. Təəssüf ki, müxalifətdən olan ziyalılar və fikir adamları buna heç bir reaksiya vermədilər. Onlar sadəlövhlük edərək Azərbaycanda yaranan repressiya dalğasının yalnız şiələrə yönəldiyini düşünürdülər. Halbuki bu repressiya dalğasının mərhələli şəkildə genişlənəcəyini gözləmək lazım idi. Sizi əmin edirəm ki, növbəti mərhələlərdə hətta bəzi azərbaycanlı ailələrdə siyasi baxışına görə valideynlərin valideynlik hüququndan geniş şəkildə məhrum edilməsi icra mərhələsinə çatdırılacaq.
  Bir daha müxalifət liderlərinə, fikir sahiblərinə, ziyalılara və tələbələrə müraciət edirəm: Biz ictimai vəhdətə ehtiyac duyuruq. Bu, öz ideoloji mövqelərimizdən imtina etmək demək deyil, əksinə, ideoloji qarşıdurmadan ideoloji uzlaşma mərhələsinə keçmək üçündür. Azərbaycan eşqi ilə, onun xalqı və gələcəyi naminə “vətəndaş dialoqu”na başlayaq!

back to top